Ayının parçaladığı şəxsdən xəbər var - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ayının parçaladığı şəxsdən xəbər var - VİDEO

Şamaxının Talışnuru kəndində ayının hücumu zamanı boyun nahiyəsindən xəsarət alan Sədi Hüseynovun vəziyyəti kafi olaraq qalır. Çoxlu qan itirən xəstənin boynunda cərrahiyə əməliyyatı aparılıb.

Şamaxının Talışnuru kəndində ayının hücumu zamanı boyun nahiyəsindən xəsarət alan Sədi Hüseynovun vəziyyəti kafi olaraq qalır. Çoxlu qan itirən xəstənin boynunda cərrahiyə əməliyyatı aparılıb.

Həkimin verdiyi son məlumata görə, hazırda S. Hüseynovun vəziyyəti orta ağırdır, müayinəsi davam etdirilir.

Son vaxtlar intensiv xarakter alan vəhşi heyvanların insanlara hücumunun səbəbləri bəlli olub. Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan üzrə rəhbəri Elşad Əsgərov deyir ki, Azərbaycanda geniş yayılan qonur ayı növü, həm də qırmızı kitaba düşüb: “Bu ayıların qidasını isə digər heyvanlar təşkil edir. Qışın bir hissəsini yuxuda keçirən ayılar ayıldıqdan sonra qida tapmadıqda təhlükəyə çevirilirlər. Məhz buna görə insanlara yaxın gələ bilirlər. Digər hallarda isə ayı yalnız insan tərəfindən qıcıqlandırıldıqda ona hücum edə bilər. Şamaxının meşəliklə əhatə olunmuş Talışnuru kəndində dünən baş verən hadisə də qış yuxusundan ayılan ayının qida axtarışı zamanı baş verdiyini istisna etmir”.

Elşad Əsgərovun sözlərinə görə, normal halda bu cür heyvanlar insanlarla qarşılaşmaqdan yayınırlar.

Şamaxıda baş verən hadisənin səbəbləri barədə isə kənd sakinlərinin fikrləri fərqlidir. Onların ehtimalına görə, Şamaxının dağ kəndlərində ayılar adətən pətəklərdən bal yemək üçün həyətlərə daxil olurlar. Talışnuru kəndində isə ayı 35 yaşlı Sədi Hüseynovun qarşısına anidən çıxaraq ona hücum çəkib və boyun nahiyyəsini parçalayıb. Çətinliklə də olsa o, ayının əlindən xilas ola bilib. Bənzər hadisə Şamaxıda Keşmədin və Qaladərəsi kəndlərində də yaşanmışdı. Keşmədin kəndinə hücum edən ayı 2 nəfəri yaralamışdı. Qaladərəsində isə ayının toy məclisinə hücum çəkdiyi deyilir. /ans tv/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm