Sürüşmə sahələri aktivləşib - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Sürüşmə sahələri aktivləşib - RƏSMİ

İyun ayı ərzində respublika ərazisində müşahidə edilən yağışlı hava şəraiti bir çox sürüşmə sahələrini aktivləşdirib və bir sıra ərazilər aşınmaya məruz qalıb.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, paytaxtda və Abşeron yarımadasında ekzogen proseslərin aktivləşməsi nəticəsində aktivlik müşahidə edilməyib. Masazır sürüşmə sahəsində atmosfer çöküntüləri səbəbindən sürüşmə kütləsinin üzərindəki mövcud çatlarda 1.5-2 sm ölçüdə genişlənmə və prosesin dinamikasında nisbi aktivlik müşahidə edilib.

Baş geoloqun onu da bildirib ki, Astara rayonu Miki sürüşmə sahəsində aktivlik qeydə alınıb, çatlarda müəyyən qədər genişlənmə müşahidə olunub: “Lerik rayonu, Lənkəran-Lerik yolunun 17-19-cu, 27-29-cu,45-47-ci kilometrliklərində sürüşmə prosesi aktivləşib, çatlar genişlənib. Yollarda bir neçə yerdə uçqun qeydə alınıb. Siyəzən rayonu Sədan sürüşmə sahəsi aktivləşib. Bu sürüşmə sahəsi qədim olsa da, uzun müddət sabit idi, son aylar isə yağışların intensivləşməsi sürüşmənin parametrlərində aktivləşmə müşahidə edilir”.

Ə.Piriyev bəzi avtomobil yollarında sürüşmə kütləsinin hərəkət zolağına töküldüyünü deyib: “Quba-Xınalıq avtomobil yolunun 37-41-cı kilometrliyi, Quba-Qonaqkənd 37-40-cı kilometrliyində müşahidələr nəticəsində nisbi aktivlik qeydə alınıb. Bir neçə yerdə uçqun hadisəsi baş verib. Qusar rayonu ərazisində Qusar-Sudur avtomobil yolunun 37-ci kilometrliyində bir neçə yerdə uçqun baş verib, lakin bu yolda hərəkətə problem yaratmayıb. Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliyində, Bakı-Ağsu avtomobil yolunun132-156-cı kilometrliyində sürüşmə müəyyən qədər aktivləşib. Bir neçə yerdə sürüşmə kütləsi yola tökülüb. Muğanlı-İsmayıllı yolunun 2-11, 23-24,27-29-cu kilometrliyində sürüşmə kütləsi üzərində çatlarda genişlənmə qeydə alınıb. İsmayıllı rayon Xankəndi kəndində də sürüşmə sahəsində aktivləşmə müşahidə olunub. Basqal-Sulut avtomobil yolunda da sürüşmə qeydə alınıb. Sürüşmə nəticəsində avtomobil yolunda və sürüşmənin dil hissəsində yerüstü və yeraltı su axını nəticəsində kiçik göllər əmələ gəlib. Ay ərzində sürüşmənin dinamikasında aktivlik qeydə alınıb. Belə ki, sürüşmənin uzunluğu 10-50, enində 70-80 metr artım qeydə alınıb”.

Ə.Piriyevin sözlərinə görə, iyun ayı ərzində sürüşmə sahələrində baş verən sürüşmə ilə yanaşı dağlarda və dağlıq ərazilərdə aşınmalara səbəb olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm