Azərbaycanda əsgər zabiti və əsgər yoldaşını güllələdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda əsgər zabiti və əsgər yoldaşını güllələdi

Azərbaycanda əsgər ehtiyatsızlıqdan hərbi hissə komandirinin müavinini və əsgər yoldaşını güllələyib.

Azərbaycanda əsgər ehtiyatsızlıqdan hərbi hissə komandirinin müavinini və əsgər yoldaşını güllələyib.

Hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəyib.

Güllə yarası alan əsgər İ. İsmayılov dünyasını dəyişib. R. Əliyev isə ağır vəziyyət xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm