Bayram günləri xəttə əlavə 200 avtobus buraxılacaq
Bizi izləyin

Qırmızı.az

Bayram günləri xəttə əlavə 200 avtobus buraxılacaq

Ramazan Bayramı ilə əlaqədar olaraq Bakı Beynəlxalq Avtovağzalı bu gündən gücləndirilmiş iş rejiminə keçib. Gücləndirilmiş iş rejimi iyulun 8-nə kimi davam edəcək.

Bu barədə Publika.az-a Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

Onun sözlərinə görə, bayram günləri sərnişin sıxlığı nəzərə alınaraq ehtiyatda 200 avtobus saxlanılır: “Ehtiyac olduğu halda həmin avtobuslar da xəttə buraxılacaq. Bayram günləri Bakı Beynəlxalq Avtovağzalına təxminən 15 min sərnişinin müraciəti gözlənilir. Hazırlıqlarımız da buna uyğundur. Ola bilər ki, sərnişin sayı daha çox olsun. Konkret rəqəm barədə bayramdan sonra danışa biləcəyik”.

Bayram günləri süni qiymət artımı ilə bağlı narahatlığa gəldikdə, Ş.Mehmanqızı bu halların qarşısını almaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müvafiq tədbirlərin görüldüyünü bildirdi: “Əvvəlcə sərnişinlərdən xahiş edirik ki, biletlərini bir neçə gün öncədən alsınlar. Həmçinin avtobusun yola düşəcəyi saatdan bir neçə saat əvvəl gəlsinlər. Çünki son anda müraciət edənlər avtobus tapa bilmədiklərindən şikayət edir. Onların bu vəziyyətindən istifadə edən sürücülər bəzən süni qiymət artımına yol verirlər. Sərnişinlərə bildiririk ki, bileti kassadan alsınlar. Kassalar Bakı Beynəlxalq Avtovağzalının 3-cü mərtəbəsindədir. Əgər hər hansı problemlə qarşılaşsalar, elə binanın həmin mərtəbəsində Avtovağzal rəsmilərinə, həmçinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə və şikayət edə bilərlər. Sərnişinlərin hər bir şikayətinə operativ reaksiya veriləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm