• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Aydın Əliyev Rusiyanın səfiri ilə görüşdü

Aydın Əliyev Rusiyanın səfiri ilə görüşdü

Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişafdadır. İki ölkənin uğurlu əməkdaşlıq trayektoriyası gömrük sferasını da hərtərəfli əhatə edir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin arasında keçirilən görüşdə də Azərbaycan Rusiya gömrük əməkdaşlığının inkişaf dinamikası ətraflı müzakirə edilib.

Görüşdə iki ölkənin gömrük orqanlarının qarşılıqlı əlaqələrindən məmnunluqla söhbət açılıb, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Rusiya əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub.

Eyni zamanda, ötən il tərəflər arasında imzalanan, Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən bəzi kənd təsərrüfatı mallarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə şərait yaradan “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol”a uyğun olaraq, şimal sərhədində bu növ malların qonşu ölkəyə keçirilməsində “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiq olunduğu məmnunluqla xatırlanıb, bu istiqamətdə gələcəkdə hər hansı problemlərin yaşanmaması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>