Qırmızı.az
Şəkidə elektrik təsərrüfatına ziyan vuran şəxslər saxlanıldı
Rayonun Bağbanlar küçəsində şəhərin işıqlandırılması üçün nəzərdə tutulan işıq dirəkləri və onların lampaları gecə saatlarında bir qrup yeniyetmə tərəfindən sındırılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində xuliqanlıq hərəkəti edən 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.
RPŞ-nin İctimaii Təhlükəsizlik bölməsinin rəisi, Müşviq
Cəbrayılov bildirib: “Əhalinin bilavasitə polislə qarşılıqlı
əməkdaşlığı nəticəsində həmin şəxslər hadisəni törətdiyi yerdə
yaxalanmış və idarəyə gətirilərkən də polisin qanuni tələblərinə
tabeçilik göstərməmişlər".
Sərxoş vəziyyətdə olan gənclər adı çəkilən küçənin işıqlandırılması
üçün nəzərdə tutulan bir neçə işıq dirəklərini yerindən çıxarıb, 10
ədəddən artıq işıq lampasını və bir ədəd işıqforu sındırmaqla,
ümumilikdə 2246 manat elektrik təsərrüfatına ziyan vurublar.
Şəki şəhər sakinləri 26 yaşlı Rauf Ədilov, 26 yaşlı Tariyel
Məmmədov və 27 yaşlı Pərviz Qasımov küçələri zülmətə qərq
etmələrini sərxoş vəziyyətdə olmaları ilə izah ediblər.
Saxlanılanlar "Sərxoş vəziyyətdə içkili olmuşuq, peşmanıq, bir də
belə hərəkətlər olmaz" deyiblər.
Faktla bağlı Şəki şəhər rayon polis şöbəsində araşdırmalar
aparılır. /ans/
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ