V ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
Bizi izləyin

Qırmızı.az

V ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Bu gün V ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət komissiyasından Publika.az-a verilən xəbərə görə, imtahanlar 14 şəhər və rayonda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 82 imtahan mərkəzində təşkil olunacaq. İmtahanda ümumilikdə 40771 nəfər iştirak edəcək.

İmtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 23504 nəfər əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 13039 nəfər əvvəlki illərin məzunları və eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 1081 nəfər IX sinif, 3147 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 386 imtahan rəhbəri, 3560 nəzarətçi-müəllim ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm