Bakıda hava tutqun olacaq - Hava Haqqında
Bizi izləyin

Qırmızı.az

Bakıda hava tutqun olacaq - Hava Haqqında

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 4-7°, gündüz 13-18°, bəzi yerlərdə 21° isti, Bakıda gecə 5-7°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin günün ikinci yarısı bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Temperaturun gecə 3-8°, gündüz 13-18°, bəzi yerlərdə 23° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin günün ikinci yarısı bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Temperatur gecə 0-5°, gündüz 15-20°, bəzi yerlərdə 22° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşam isə yağıntı olacağı gözlənilir.

Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 8-13° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaqdır. Axşam isə qərb rayonlarında yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 3-8°, gündüz 15-20° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Temperatur gecə 4-8°, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yaxın 3 gün ərzində Abşeron yarımadasında arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez biri-birini əvəz etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm