Naxçıvanda 50-55 yaşlı insanları kütləvi müayinədən keçirirlər
Bizi izləyin

Qırmızı.az

Naxçıvanda 50-55 yaşlı insanları kütləvi müayinədən keçirirlər

Miokard infarktı, stenokardiya, insult, aşağı ətrafın qanqrenası kimi xəstəliklərin qarşısını vaxtında almaq məqsədilə Naxçıvan Muxtar Respublikasında 50-55 yaşlı əhalinin kütləvi müayinə tədbirləri, dispanserizasiyası həyata keçirilir.

"Report" xəbər verir ki, bu barədə muxtar respublikanının Səhiyyə Nazirliyi məlumat verib.

Müayinələr Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında və rayon mərkəzi xəstəxanalarında tərtib edilən qrafik əsasında terapevt, cərrah, ginekoloq, stomatoloq, oftalmoloqlar tərəfindən həyata keçirilib, ehtiyac olan hallarda xəstələrə yüksəkixtisaslı həkimlərin, o cümlədən nevropatoloq, psixiatr, endokrinoloq, uroloq, ftiziatr, kardioloq konsultasiyası və laborator-diaqnostik müayinələr təşkil edilib.

Bütövlükdə, aprel ayından indiyədək muxtar respublika üzrə 50- 55 yaşlı əhalidən 2 min 998 nəfəri profilaktik tibbi müayinələrə cəlb olunub, 390 nəfər dispanser qeydiyyatına götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm