Qaçqın düşərgəsində toqquşma: 7 ölü, 10 yaralı
Bizi izləyin

Qırmızı.az

Qaçqın düşərgəsində toqquşma: 7 ölü, 10 yaralı

Livanın Sidon liman şəhəri yaxınlığında yerləşən və fələstinlilərin məskunlaşdığı qaçqın düşərgəsində iğtişaşlar baş verib. Livan və Fələstin təhlükəsizlik xidməti rəsmilərinin məlumatına görə, toqquşmalar zamanı 7 nəfər ölüb, azı 10 nəfər də xəsarət alıb.



İğtişaşlar Fələstinli FƏTH qruplaşmasının keçmiş komandirinin tərəfdarları ilə onun rəqibi olan «Ənsərullah» silahlı qruplaşmasının üzvləri arasında baş verib və 2 saata yaxın davam edib. Təhlükəsizlik xidməti rəsmilərinin məlumatına görə, öldürülənlər arasında «FƏTH» təşkilatı ilə əlaqəli «Qayıdış Briqadaları» qruplaşmasının komandiri Əhməd Rəşid və onun cangüdəni də var.



İnsidentin hansı səbəbdən baş verdiyi isə naməlum olaraq qalır. Livan ordusu iğtişaşların böyüməsinin qarşısını almaq üçün insidentin baş verdiyi «Mieh-Mieh» qaçqın düşərgəsinə aparan bütün yolları bağlayıb.



Qeyd edək ki, Livanda fələstinli qaçqınların sayı 450 minə yaxındır və onlar 12 qaçqın düşərgəsində yerləşdiriliblər./Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm