Qırmızı.az
Lənkəranskinin rəqibi olan məşhur avtoritet qətlə yetirildi
Dünən Odessada “Veçerniy BakU” restoranında 39 yaşlı keçmiş “vorzakon” Baxış Əliyev güllələnib. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, kriminal dairələrdə “Vaxa” ləqəbi ilə tanınan avtoritetlə yanaşı onun mühafizəçisi də öldürülüb.
Qeyd edək ki, Gürcüstan sakini olan, etnik azərbaycanlı Baxış Əliyevin hələ 2004-cü ildə Moskvada tacqoyma mərasimi olub. O, 2006-cı ildə azərbaycanlı iş adamı Hüseynovun oğurlanmasında, daha sonra isə qətlində şübhəli bilindiyi üçün saxlanılıb. Lakin məhkəmə onun bu cinayətdə əli olduğunu sübut edə bilmir və onu ancaq xuliqanlığa görə həbs etmək mümkün olur. Belə ki, “Vaxa” girovun artıq ölmüş olduğunu bildiyi halda girovun qaytarılmasında vasitəçilik edir və onun bu davranışı oğru qaydalarına zidd hesab edildiyi üçün o, 2007-ci ildə “vorzakon” titulundan məhrum edilir.
Daha sonra gürcü avtoritetlərlə Ded Xasan arasında yaranan münaqişə zamanı sonuncu onun hüquqlarını bərpa edir və onu Ukraynaya Lənkəranskinin mövqelərini zəiflətmək üçün göndərir. Baxış Əliyev 2011-13-cü illərdə 4 dəfə saxlanılır və Ukraynadan qovulur. 2012-ci ildə növbəti deportasiyası zamanı Əliyev İstanbulda Lənkəranskinin rəhbərlik etdiyi vorzakonlarla toqquşur. Ölümcül vəziyyətə gətirilənə qədər döyülən Əliyev bütün oğru hüquqlarından məhrum edilir.
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ