Təhsil Nazirliyi yeni kampaniyaya start verdi
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi yeni kampaniyaya start verdi

Bu gün Təhsil Nazirliyində mart ayı ərzində nazirliyə daxil olan sorğular və mətbuatda əks olunan məlumatlarla bağlı tədbir keçirilib.

Publika.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, son 6 ay ərzində nazirliyə daxil olan sorğular abituriyentlərin ixtisas seçimi ilə bağlıdır:

“Bunu nəzərə alaraq Təhsil Nazirliyi “İxtisas seçimi uğurlu kariyeranın başlanğıcıdır” kampaniyasına başlayıb. Bu kampaniya Təhsil Nazirliyinin tabeliyində olan ali məktəblərin baza məktəblərində keçiriləcək. Bununla bağlı Təhsil Nazirliyi ali məktəblərin prorektorlarına vahid formada standart göndərib, onlar da bu kampaniyaya start verəcək. Bu, abituriyentlərin uğurlu ixtisas seçiminə kömək etmək məqsədi daşıyır”.

C. Valehov onu da vurğulayıb ki, peşə yönümlü ixtisas seçiminin aparılması üçün baza məktəblərinin müəyyənləşdirilməsi dünya praktikasında mövcuddur:

“Digər ölkələrdə də bununla bağlı sistemli iş aparılır. Bizdə də özəl ali məktəblərdə bu iş təşkil edilir. Amma dövlət ali məktəblərində də bu prosesin təşkil edilməsi üçün işlər aparacağıq.”

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm