Təhsil Nazirliyi yaşı 100-dən çox olan məktəblərin təqdimatına başlayır
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi yaşı 100-dən çox olan məktəblərin təqdimatına başlayır

Təhsil Nazirliyi yaşı 100-dən çox olan məktəblərin təqdimatına başlayır.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib. O bildirib ki, belə məktəblər artıq siyahıya alınıb:

“Azərbaycanın müxtəlif bölgələrində zəngin təcrübəsi, tarixi olan məktəblər var. İstəyirik ki, Azərbaycan özünün qədim məktəbləri ilə də fəxr edə bilsin. Buna görə də biz yaşı 100 dən çox olan məktəblərin təqdimatı kampaniyasına başlayırıq. Bu təqdimata istər işğal olunmuş, istərsə də digər bölgələrdə olan məktəblər daxil ediləcək. Artıq 40 belə məktəb müəyyən olunub. Yaşı 100-150-dən çox olan məktəblər də var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm