Qırmızı.az
Zakir Həsənov cəbhədəki faciəyə görə Füzuliyə getdi
Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Həlak olan hərbi qulluqçular:
- kapitan Orucəliyev Ceyhun Cəlil
oğlu;
- əsgər Kərimov Seyfəddin Nəvai
oğlu;
- əsgər Abdullayev Novruz Qurban oğlu.
Yaralı hərbi qulluqçular:
- əsgər Musayev Bəhruz Məhəmmədəli
oğlu;
- əsgər Mirzəyev Alı Pənah oğlu;
- əsgər İsgəndərzadə Azər Eyyub
oğlu;
- əsgər Zülfüqarov Mürsəl İbrahim
oğlu;
- əsgər Cəbrayılov Sadiq Misirxan
oğlu;
- əsgər Talıbov Emin Talıb oğlu.
Yaralılara yüksək ixtisaslı yardım göstərilməsi
üçün Silahlı Qüvvələrin baş cərrahı və Silahlı Qüvvələrin baş
reanematoloqu Füzuli rayonunun Əhmədbəyli yaşayış məntəqəsində
yerləşən hərbi hospitaldadırlar.
Ağır yaralı əsgər Talıbov Emin Talıb oğlu
hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə
olunur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov
şəxsən araşdırma aparmaq üçün bir qrup zabit heyəti ilə hadisə
yerindədir.
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”