Bakıda mərkəzi yollardan birində təmir işlərinə start verilib - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda mərkəzi yollardan birində təmir işlərinə start verilib - FOTO

Bakıda mərkəzi yollardan birində təmir işlərinə start verilib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev bildirib ki, paytaxtın Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelin çıxışına qədər olan 300 metrlik hissəsində bu gün səhər saatlarından birinci qat asfalt-beton örtüyünün vurulmasına başlanılıb.

Onun sözlərinə görə, sabah isə ikinci qat asfalt-beton örtüyü vurulacaq. ASC rəsmisi qeyd edib ki, bundan sonra kommunikasiya quyularının qapaqları dəyişdiriləcək və bu işlərdən sonra yolun xətlənməsinə başlanılacaq.

Qeyd edək ki, Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelin çıxışına qədər olan hissəsi aprelin 6-dan 7-nə keçən gecə təmirə bağlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm