Azərbaycanda kişi arvadını güldanla vurub öldürdü
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda kişi arvadını güldanla vurub öldürdü

Ötən gecə saat 22:00-da Sumqayıtda 67 yaşlı kişi özündən 10 yaş kiçik arvadını öldürüb.



Sumqayıt şəhər Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 90 ünvanında yaşayan 1947-ci il təvəllüdlü Həbib Vahab oğlu Həbibov arvadı 1957-ci il təvəllüdlü Nənəxanım Həbibovanın başına şüşə güldanı vurub. Nəticədə 57 yaşlı qadın yerindəcə ölüb.



Polisdən bildiriblər ki, hadisə baş verəndə evdə heç kim olmayıb. Yaşlı cütlük mübahisə ediblər. Arvadın çox danışmağı kişiyə pis təsir edib. O, qadını qorxutmaq üçün güldanı ona atıb. Güldan qadının başına dəyib.



Arvadını öldürən ər polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm