• USD 1,7000 0,00% EUR 2,0614 +0,23%
    • GBP 2,3949 -0,17% RUB 0,0236 0,00%

Bakcelldən yenilik: Yol hərəkəti qaydalarını pozanlar SMS alacaqlar

Bakcelldən yenilik: Yol hərəkəti qaydalarını pozanlar SMS alacaqlar

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə SMSRadar xidmətini təqdim edir. Aylıq abunə haqqı cəmi 1 AZN olan bu xidmət sayəsində abunəçilər yol hərəkəti qaydalarını pozduqda qayda pozuntusunun vaxtı və cərimə haqqında ətraflı məlumat qeyd olunan SMS alacaqlar.

SMSRadar adlı bu innovativ xidmətdən faydalanmaq üçün istənilən tarifdən istifadə edən Bakcell abunəçisi idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00-XX-000) SMS vasitəsilə 5666 qısa nömrəsinə yollamalıdır.

“Abunəçilərimizin rahatlığının və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə istifadəyə verdiyimiz bu xidmət avtomobil idarə edənlər üçün çox faydalı olacaq. Hər kəsi yol hərəkəti qaydalarına riayət etməyə və yol hərəkətinin bütün iştirakçılarına hörmətlə yanaşmağa çağırırıq”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

Sürət həddini aşmış nəqliyyat vasitəsi barədə məlumat abunəçilərə dərhal, yol hərəkəti qaydalarının digər pozuntuları barədə məlumat isə müvafiq sistemdə qeyd olnandan sonra göndərilir.

Xidmət barədə daha ətraflı məlumatı www.smsradar.az saytından və ya *1771 nömrəsinə zəng etməklə əldə etmək olar.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR