140 milyon insanı gözləyən DƏHŞƏTLİ ZƏLZƏLƏ Azərbaycana təsir edəcəkmi?
Bizi izləyin

Qırmızı.az

140 milyon insanı gözləyən DƏHŞƏTLİ ZƏLZƏLƏ Azərbaycana təsir edəcəkmi?

ABŞ-ın Kolumbiya Universitetinin geofizikləri Hind-Avstraliya tektonik plitəsinin enməsi nəticəsində dəhşətli zəlzələ baş verəcəyini proqnozlaşdırır. Alimlərin gəldiyi nəticəyə görə, Banqladeşin demək olar ki, bütün əhalisi - 140 milyondan çox insan təbii fəlakətin qurbanı olacaq.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ABŞ alimlərinin proqnozlaşdırdığı bu zəlzələnin Azərbaycan üçün nə qədər təhlükəli ola biləcəyi, zəlzələ ocaqlarını oyada biləcəyi ilə bağlı Publika.az-a açıqlama verib. O, bildirib ki, zəlzələni hələ də əvvəlcədən proqnozlaşdırmaq mümkün olmadığına görə, konkret fikir demək mümkün deyil: “Hesab edirəm ki, ABŞ alimlərinin açıqlamasını proqnoz kimi qəbul etmək doğru deyil. Çünki həmin bölgə zəlzələ ilə bağlı aktiv zonadır və dəfələrlə orada zəlzələ olub. Bu vaxta qədər həmin zəlzələlərin Azərbaycana təsiri olmayıb. Bundan sonra da həmin ərazidə olan zəlzələnin Azərbaycana təsiri olacağını ehtimal etmirəm. Əlbəttə, həmin bölgədə zəlzələ olanda Azərbaycanın müxtəlif bölgələrində də zəlzələ ilə üst-üstə düşə bilər. Lakin bunu Hind-Avstraliya tektonik plitəsində baş verən zəlzələ ilə əlaqələndirmək doğru olmaz”.

Qeyd edək ki, 2004-cü ildə Hind-Avstraliya tektonik plitəsinin enməsi sualtı zəlzələ və sunamiyə səbəb olub. Bir neçə saat ərzində Hindistan, İndoneziya, Tailand və Şri-lankada 230 mindən çox insan həlak olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm