Qənirə Paşayeva AŞPA-da Nazirlər Komitəsini Ermənistana təzyiq göstərməyə çağırıb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva AŞPA-da Nazirlər Komitəsini Ermənistana təzyiq göstərməyə çağırıb

Bu gün AŞPA-nın yaz sessiyasının ilk günündə Nazirlər Komitəsinin sədri Sebestian Kurts Assamleya üzvləri qarşısında çıxış edib və nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıb.

Publika.Az-ın məlumatına görə, Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Nazirlər Komitəsi sədrinə Dağlıq Qarabağ münaqişəsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır öz evinə dönə bilməməsi, Ermənistanın mülkü azərbaycan vətəndaşlarını atəşə tutması, rəsmi İrəvanın beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymaması barədə suallar ünvarlayaraq Nazirlər Komitəsini Ermənistana təzyiq göstərməyə çağırıb:

“Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq mənim millət vəkili seçildiyim bölgədə 9 gün əvvəl mülki vətəndaş Etibar Tağıyevi snayperlərlə hədəfə alaraq yaralayıblar. Bundan başqa çoxlu sayda sivil insanlar, onların evləri atəşə tutulub və böyük zərər yetirilib və bu kimi hallar tez-tez baş verir. Sədr kimi bu hallara münasibətinizi bimək istərdim. Eyni zamanda Ermənistanın işğalının davam etmesi üzünden 20 ildən artıqdır ki, evlərinə dönə bilməyən 100 minlərlə azərbaycanlı köçkünlər onların pozulan haqlarının müdafiəsi ve öz evlerinə dönə bilmek istiqamətində sizdən - AŞ Nazirlər Komitəsindən 1416 saylı qətnamənini yerinə yetirilməsində dəstək gözləyirler. 9 il əvvəl qəbul edilmiş qətnamənin icra olunması istiqamətində AŞ niyə qəti addımlar atmır? Bu məsələ sizi bir sədr kimi narahat edirmi?”

Nazirlər Komitəsinin sədri Sebestian Kurts millət vəkili Qənirə Paşayevanın suallarına cavab olaraq deyib ki, Daglıq Qarabağ münaqişəsinin həlli çox uzanır və bu münaqişənin öz həllini tapması lazımdır:

“Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, haqlısınız, bu münaqişə uzun zaman sürür və bunun həlli hamımız üçün olduqca vacibdir. Bilirəm ki, ATƏT-in Minsk qrupu bu yöndə öz işini davam etdirir və məndə olan məlumatlara görə yaxınlarda hər iki ölkənin prezidentləri səviyyəsində görüşün təşkil olunması prosesi gedir. Hər iki ölkənin xarici işlər naziri mütəmadi olaraq təmasdadılar və biz də bu görüşlərin Vyanada keçirilməsi üçün daima hazırıq. Biz də öz növbəmizdə bu danışıqlara, sülh həllinin tapılması istiqamətində öz töhvəmizi verməyə hazırıq. Burada yeganə məqsəd bu münaqişəyə mükün qədər tez bir zamanda son qoymaqdır”.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm