Nazir ödənişli imtahan barədə: “Təhsil hər kəsə əlçatan olmalıdır”
Bizi izləyin

Qırmızı.az

Nazir ödənişli imtahan barədə: “Təhsil hər kəsə əlçatan olmalıdır”

“Qəbul imtahanının dövlət büdcəsi əsasında yox, ödənişli olması şəklində qoyulması müzakirə edilməlidir”.

Publika.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov imtahanların ödənişli həyata keçirilməsi təklifinə münasibət bildirərkən deyib.

Nazir vurğulayıb ki, imtahanların ödənişli olması üçün zəruri imkanlar olmalıdır: “Burada bir neçə məsələ var. Birincisi bundan ibarətdir ki, dövlət imtahan mərkəzi təzə yaradılan müstəqil qurumdur, publik hüquqi şəxsdir. Təbii olaraq onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır. Həmin mərkəzin göstərdiyi xidmətlər qarşılanmalıdır. Lakin burada başqa məsələ odur ki, təhsil alanların nöqteyi-nəzərindən həmin xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir. Ona görə də, həmin xidmətlərin ödənişinin kim tərəfindən həyata keçirilməsi müzakirə olunacaq. Bu prosesin dövlət büdcəsi, təhsil büdcəsi və ya hansısa başqa mənbələr hesabına təmin edilməsi razılaşdırılacaq. Bununla bağlı Təhsil Nazirliyinə təklif olandan sonra biz öz mövqeyimizi rəsmi qaydada bildirəcəyik. Dövlət imtahan mərkəzinin fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmasını anlayırıq. Lakin bunun buraxılış imtahanlarından sonra qəbul imtahanları verən abituriyentlər hesabına olunub-olunmaması sual doğurur. Təhsil hər kəsə əlçatan olmalıdır. Yenə düşünürəm ki, bu məsələyə müzakirə edilib qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, məsələnin həllini Məleykə Abbaszadə və digər hökumətdə olan həmkarlarla birgə işləyərık tapacağıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm