Horadizdə dağıdılmış daha bir küçə istifadəyə verildi
Bizi izləyin

Qırmızı.az

Horadizdə dağıdılmış daha bir küçə istifadəyə verildi

Horadizdə dağıdılmış daha bir küçə istifadəyə verildi

Horadiz bu gün yenidən qurulur, müasir şəhərə çevrilir, böyüyür. Şəhərdə 5 yeni küçə salınmış, müasir işıqlandırma sistemi tətbiq olunmuş, əhalinin asüdə vaxtının səmərəli təşkili üçün park və xiyabanlar yaradılmışdır.

Bütün bunlar şəhərin “Məhəmməd Əmin Rəsulzadə” adlı küçəsinin açılışında bildirilmişdir. Rayonun idarə, müəssisə, hüququ-mühafizə orqanları rəhbərlərinin və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə Füzuli rayon İcra Hakimiyyəti Başçısı Alı Alıyev çıxış etmiş, Horadizdə, o cümlədən rayonda görülən işlərdən, qarşıda həyata keçiriləcək tədbirlərdən danışmışdır.

Alı Alıyev bildirmişdir ki, son üç ildə Horadiz şəhərində işğal dövrü dağıdılmış 5 küçədə abadlıq-quruculuq işləri görülmüş, əslində həmin küçələr yenidən qurulmuşdur.

-“Ümumi uzunluğu 15 kilometrə qədər olan həmin küçələr yenidən salınmış, küçələr müasir dizayna uyğun bəzədilmiş, yeraltı işıq sistemi çəkilmiş, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilmiş, elektrik dirəkləri quraşdırılmış, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Küçələrə asfalt örtük çəkilişi sürətlə aparılır. Zövqlə, ustalıqla görülmüş işlər göz oxşayır.”

Çıxış edən yeni küçənin sakinləri göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Hazırda Horadizdə 4 kilometrlik yeni Gənclər prospekti tikilməkdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm