Yardımlıda yeni körpü istifadəyə verildi - FOTO
Bizi izləyin

Qırmızı.az

Yardımlıda yeni körpü istifadəyə verildi - FOTO

İyulun 14-də Yardımlı rayonunun Teşkan kəndində Viləş çayı üzərində inşa edilmiş yeni körpü istifadəyə verilib.

Publika.az xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq tikilmiş körpünün uzunluğu 12, eni 4 metrdir.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatların tərkib hissəsi olaraq hazırda ölkəmizin bütün bölgələrində müasir standartlara uyğun avtomobil yollarının, körpülərin, yol ötürücülərinin inşa edildiyini deyən A.Əsgərov bölgələrdə turizmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən dağ çayları üzərində yeni körpülərin tikilməsinin, kənd yollarının əsaslı təmir edilməsinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb.

Mərasimdə çıxış edən “Azəravtoyol” ASC-nin İstismar idarəsinin rəisi Əflatun Qasımov bildirib ki, bu gün rayon mərkəzlərinin və kəndlərin yolları abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır. Ə.Qasımov yol infrastrukturunun bölgənin davamlı sosial-iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edib.

Kənd sakinləri onların sosial məsələlərinin həllinə və yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm