ARGTMŞ-nın sədri BMT-nin səfiri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

ARGTMŞ-nın sədri BMT-nin səfiri ilə görüşüb

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə UNDP-nin “Gənclər və 2014-2017 Gənclər Strategiyası Forumu”nda iştirak edib.

Publika.Az-ın verdiyi xəbərə görə, Tunis şəhərində keçirilən forumda BMT tərkibinə daxil olan ölkə nümayəndəlikləri, UNDP heyəti, gənclər siyasətinə dövlət strukturu nümayəndəlikləri, gənc siyasətçilər, gənc ekspertlər, gənc təşkilatlar, yerli və milli həmkarlar, ictimai sektor nümayəndəlikləri iştirak edib.

BMT-nin 2014-2017-ci il üzrə strategiyasını müzakirə etmək və prioritet istiqamətlər müəyyənləşdirmək məqsədi dayıyan forumda iqtisadiyyatın inkişafında gənclərin səlahiyyətlərinin, eyni zamanda qərarların verilməsi prosesində gənclərin rollarının artırılması, müxtəlif böhran və konflikt proseslərinə gənclərin hazırlanması müzakirə olunub. Forum “Gənclər və BMT sistemi”, “UNDP-nin Gənclər Strategiyası”, “Gənclər siyasəti”, “Gənclər və innovasiya”, “UNDP-nin gənclər strategiyası və tərəfdaşlıq” mövzularını əhatə edib.

30 ölkədən 150 nümayədənin iştirak etdiyi forumda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNDP Azərbaycan nümayəndəliyi ölkəmizi təmsil edərək, bu layihənin gedişatı haqqında forum iştirakçılarına məlumat verib. Eləcə də, səfər zamanı BMT-nin baş katibinin Gənclər üzrə səfiri cənab Ahmad Alhandai ilə də görüş keçirilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının üzvüdür. BMT-nin İqtisadi və Sosial Şurasında 54 dövlət təmsil olunur. Iqtisadi və sosial şura (Economic and Social Council - ECOSOC) 14 ixtisaslaşmış müəssisəni, 10 funksional komissiyanı, 5 regional komissiyanı əlaqələndirir, BMT-nin 11 fond və proqramından məruzə alır, üzv olan dövlətlərə və BMT sistemində olan təşkilatlara proqram xarakterli tövsiyələr verir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm