AZAL məlumat yaydı: Bakı-İstanbul reysi...
Bizi izləyin

Qırmızı.az

AZAL məlumat yaydı: Bakı-İstanbul reysi...

Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Türkiyənin İstanbul şəhərinə təxirə salınan reyslərinin sərnişinləri bu axşam Bakıdan Türkiyəyə yola düşəcəklər.

Publika.az xəbər verir ki, bu barədə AZAL-ın rəsmi "Facebook" səhifəsində məlumat yayılıb.

Məlumata görə, İstanbuldan təxirə salınan reyslərin sərnişinləri bu təyyarə ilə Bakıya yola düşə bilərlər. Bununla əlaqədar İstanbulda olan J2-8076 və J2-8080 reyslərinin sərnişinlərinə öz aviabiletlərini aviakassalarda J2-8078 reysinə dəyişdirilməsi tövsiyə olunub.

Xatırladaq ki, ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-8103 (06:45) Bakı-İstanbul; J2-8075 (08:45) Bakı-İstanbul; J2-8003 (09:10) Bakı-Ankara reysləri təxirə salınmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm