Sabah 43 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Sabah 43 dərəcə isti olacaq - XƏBƏRDARLIQ

İyulun 22-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-38 dərəcə, bəzi ərazilərdə isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, iyulun 23-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40 dərəcə, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti az buludlu, yağmursuz olacaq, paytaxt və yarımadada cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm