FHN Akademiyası və ATU-nun tələbələri yarışıb
Bizi izləyin

Qırmızı.az

FHN Akademiyası və ATU-nun tələbələri yarışıb

Aprelin 8-də “Bayıl Arena”da "Təhsil kuboku" uğrunda futbol yarışının açılış mərasimi keçirilib.

Publika.Az – ın məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) nümayəndələri iştirak edib.

Qeyd edək ki, Azərbaycanın ali məktəb tələbələri arasında keçirilən yarışa 29 ali məktəbin komandası qoşulub. Təhsil Nazirliyi, AFFA və ATFF-in birgə təşkilatçılığı ilə keçirilən “Təhsil kuboku” çərçivəsində oyunlar Bakının Binə qəsəbəsində yerləşən stadionda, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin stadionunda və Olimpiya İdman Ehtiyatları Bazasının stadionunda keçirilir.

Açılış mərasimindən sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Azərbaycan Tibb Universitetinin komandaları arasında oyun keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm