ATU-da gənc müəllimlərin işə qəbul imtahanı keçirilib
Bizi izləyin

Qırmızı.az

ATU-da gənc müəllimlərin işə qəbul imtahanı keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) professor-müəllim heyətinin tərkibini gəncləşdirmək, müsair təlim və tədris metodikalarından istifadə bacarıqlarına malik olan pedaqoji kadrları işə cəlb etmək məqsədilə görülən tədbirlər davam etdirilir. Bu çərçivədə gənc müəllimlərin işə qəbul olunması məqsədilə imtahan keçirilib.

Əvvəlcədən KİV-də elan olunan imtahanlarda iştirak etmək üçün 65 namizəd yaradılmış müvafiq komissiyaya müraciət edib. Onlar 28 ixtisas üzrə ilkin imtahanda iştirak edib. Test üsulu ilə keçirilən və 2 saat davam edən imtahanda namizədlər seçdikləri ixtisas üzrə 50 suala cavab veriblər. Namizədlərin imtahan nəticələri ATU-nun təcrübəli mütəxəssisləri tərəfindən yoxlanılıb. İmtahanda yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Birinci turu – test imtahanını uğurla keçən namizədlər üçün tezliklə müsahibə mərhələsi təşkil olunacaq. Qeyd edək ki, qiymətləndirmə zamanı namizədlərdən İELTS və TOEFL sertifikatı olanlara üstünlük veriləcək.

Müsabiqə şərtlərinə cavab verən namizədlərin 2016/2017-ci tədris ilindən etibarən universitetdə işə cəlb olunması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm