Sumqayıtdakı dəhşətli qəzada ölənin kimliyi bilindi
Bizi izləyin

Qırmızı.az

Sumqayıtdakı dəhşətli qəzada ölənin kimliyi bilindi

Bu gün Sumqayıt şəhərində baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bu gün Sumqayıt şəhərində baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

Ölən şəxs avtobusun sürücüsü Ramiz Qurban oğlu Muradovdur. O, hadisə zamanı yerindəcə dünyasını dəyişib.

Yaralanlardan 16 nəfər reanimasiyada, 9 nəfər isə palatada müalicəsini davam etdirir.

Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır.

Xatırladaq ki, hadisə bu gün saat 17:00 radələrində Sumqayıt Texnologiya parkının yanında sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Alınan məlumata görə, “AZİNKO” şirkətinə məxsus yük avtomobilini Behbudov Vaqif Azad oğlu idarə edib. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm