Əlillər üçün xüsusi avtobuslar gətirilir
Bizi izləyin

Qırmızı.az

Əlillər üçün xüsusi avtobuslar gətirilir

Azərbaycan əlilliyi olan sərnişinlərin sərbəst daxil ola və enə bilməsi üçün müvafiq pnevmatik texniki vasitələr quraşdırılmış avtobusların idxalına başlayıb.

Azərbaycan əlilliyi olan sərnişinlərin sərbəst daxil ola və enə bilməsi üçün müvafiq pnevmatik texniki vasitələr quraşdırılmış avtobusların idxalına başlayıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. O bildirib ki, avtobuslarda əlil şəxslər üçün xüsusi yerlər nəzərdə tutulub. Əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilən müasir taksilər istismara buraxılıb.

S.Müslümov qeyd edib ki, yeni istismara verilən piyada keçidləri fiziki imkanları məhdud olan insanların fərdi hərəkət imkanlarını yüngülləşdirən qurğularla təchiz olunub. Eləcə də onların hərəkət etmələrini və rahatlığını təmin etmək məqsədilə yerüstü nəqliyyatda bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, dəmiryol stansiyalarındakı sərnişin platformalarının səthlərinin bərabər səviyyəyə gətirilməsi işləri davam etdirilir: “Təbii ki, bu istiqamətdə digər sahələrdə də ciddi işlərin aparılması əsas vəzifələrdəndir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsinə və “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsinə bununla bağlı xüsusi maddələr daxil edilib. Həmin maddələrdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların İKT-dən istifadəsi üçün şəraitin yaradılması, mövcud infrastruktur obyektlərinin, yaşayış binalarının, iş yerlərinin, mədəni-tamaşa müəssisələrinin və idman qurğularının həmin insanların istifadəsi üçün uyğunlaşdırılması və s. ifadə olunub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm