Bakıda 40, rayonlarda 42 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda 40, rayonlarda 42 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, paytaxtda və yarımadada əsən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 23-27 dərəcə isti, gündüz 34-38 dərəcə, bəzi yerlərdə 40 dərəcəyədək isti, Bakıda gecə 24-26 dərəcə isti, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 21-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 21-də Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda gündüz zəif cənub-şərq küləklərinin üstünlüyü əksər əhali üçün əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm