21 İYUL
Bizi izləyin

Qırmızı.az

21 İYUL

1920-ci il. Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı altında Azərbaycanın zorla sovetləşməsi əleyhinə üsyan baş verib. Üsyan bolşevik Rusiyasının işğalçı XI ordusunun hissələri tərəfindən yatırılıb.

1992–ci il. Milli Məclis Azərbaycanın bir sıra beynəlxalq konvensiyalara qoşulması barədə sənədləri təsdiqləyib. Parlamentin qərarına əsasən, Azərbaycan aşağıdakı konvensiyalara qoşulub: Konsul əlaqələri haqqında Vyana Konvensiyası (24 aprel 1963-cü il tarixdə qəbul olunub), BMT-nin Müstəsna və Diplomatik hüquqları haqqında Konvensiyası (13 fevral 1946-cı il), İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq pakt (19 dekabr 1966-cı il), Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (19 dekabr 1966-cı il), Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası (18 aprel 1961-ci il), BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası (20 noyabr 1989-cu il).

2010-cu il. Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodu istifadəyə verilib. Zavodun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

2014-cü il. Bakının Qaradağ rayonunun ərazisində yerləşən “Norm” sement zavodu istifadəyə verilib. Zavodun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

1889-cu il. Amerikalı yazıçı və jurnalist Ernest Miller Heminquey anadan olub. Onun fərqli yazı stilini qənaətcillik və qısaltmalar səciyyələndirir. Heminqueyə görə hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır. O, jurnalistika təcrübəsindən də təsirlənərək hadisələrin görünən, təbii sonluğunu buraxmaq yolu ilə əsərin güclənəcəyini hökm edirdi. Tətbiq etdiyi bu üsul, onun həyat macəraları və ictimai adı ilə birlikdə XX əsr belletristikasında təsirli iz buraxdı. Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm