KİVDF jurnalistləri mükafatlandırdı
Bizi izləyin

Qırmızı.az

KİVDF jurnalistləri mükafatlandırdı

Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) bu gün 22 iyul Milli Mətbuatın yaranmasının 141 illiyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibələrini mükafatlandırıb.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bu ilin may ayının 26-dan elan edilən müsabiqənin iyul ayının 12-də başa çatdığını bildirib.

Onun sözlərinə görə, müsabiqə 19 istiqamət üzrə keçirilib.

“Qaliblər ekspertlər tərəfindən verilən qiymətlərə uyğun müəyyən olunub. Müsabiqədə 19 nəfər birinci, 38 nəfər ikinci, 57 nəfər üçüncü yerə layiq görülüb”, - deyə o bildirib.

V.Səfərli diqqətə çatdırıb ki, bugünkü tədbirdə iki və üçüncü yerlərin qalibləri mükafatlandırılacaq: “Birinci yerləri tutan qaliblər isə Milli Mətbuatın 141 illiyi münasibətilə təşkil olunan mərasimdə mükafatlandırılacaq”.

Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və iştirak ediblər.

Qaliblər arasında Publika.az və Teleqraf.com saytlarının da əməkdaşları var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm