Özünü dənizə atan cütlüklə bağlı - Rəsmi məlumat
Bizi izləyin

Qırmızı.az

Özünü dənizə atan cütlüklə bağlı - Rəsmi məlumat

FHN bulvarda intihar etməyə cəhd edən cütlüklə bağlı məlumat yayıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər qadın intihar etmək məqsədilə özünü dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qadını xilas etmək üçün 1 nəfər kişi özünü dənizə atıb, nəticədə hər ikisi batmaq təhlükəsi ilə üzləşiblər.

Zərərçəkmişlər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm