Bazar partladıldı: 15 ölü, xeyli yaralı var
Bizi izləyin

Qırmızı.az

Bazar partladıldı: 15 ölü, xeyli yaralı var

Pakistanın Ravalpindi şəhərində (Pəncab vilayəti) bazarlardan birində baş vermiş partlayışda ən azı on beş nəfər həlak olub, 30-dan çox insan isə xəsarət alıb.



Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliyi "Doon" qəzetinə istinadən xəbər yayıb.



İlkin məlumatlara görə, partlayıcı qurğu dünən bazara gətirilən meyvə səbətinin içərisində yerləşdirilib.



Hadisə yerində tibb işçiləri və polis çalışır. Terror aktının baş verdiyi şərait araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm