Qırmızı.az
Jurnalistlər üçün atıcılıq turniri keçiriləcək
KİV nümayəndələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş atıcılıq turniri keçiriləcək.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (ARSHXÇDX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş atıcılıq turnirinə start verir.
Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində
KİV-in rolunun artırılmasıdır. Turnir may ayının 2-də "Hərbi
Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu
rayon filialında keçiriləcək. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV
nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. İki
mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu
və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanın tərkibi
haqqında məlumatı aprel ayının 20-dək Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud
[email protected] elektron ünvanına göndərmək xahiş olunur.
Məlumata aşağıda qeyd olunanlar daxil edilməlidir: komanda
üzvlərinin adı, soyadı, atasının adı, təvəllüdü, vəzifəsi.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ