Azərbaycana sığınan ermənidən xəbər var
Bizi izləyin

Qırmızı.az

Azərbaycana sığınan ermənidən xəbər var

Ötən il Ermənistanda təzyiqlərdən qaçaraq, Azərbaycanda sığınacaq alan, daha sonra üçüncü ölkəyə gedən “Milli Azadlıq Hərəkatı” ictimai birliyinin sədri Vaan Martirosyandan xəbər var.

Publika.az xəbər verir ki, V.Martirosyanın hazırda Ukraynada olduğu deyilir.

Lakin Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyan bu barədə yayılan məlumatları təkzib edib.

“Bununla bağlı Ukrayna hakimiyyətindən bizə verilən rəsmi cavabda, Martirosyanın bu ölkədə olmadığı deyilir”, - deyə bildirib.

Qeyd edək ki, V.Martirosyan Ermənistanda hakimiyyətin cinayətkarlığına qarşı çıxdığı üçün təzyiqlərə məruz qalıb. Təzyiqlər nəticəsində onun hamilə olan həyat yoldaşının bətnindəki uşaq ölüb. Bundan sonra o, Azərbaycandan sığınacaq alıb. Daha sonra öz arzusuna uyğun olaraq, üçüncü ölkəyə gedib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm