Özəl sektorda çalışmaq istəyənlərə təlimlər keçiləcək
Bizi izləyin

Qırmızı.az

Özəl sektorda çalışmaq istəyənlərə təlimlər keçiləcək

“İrəli” Tədqiqatlar və İnnovasiya Mərkəzi, “Dahi” Təlim və Konsultasiya Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən “Karyera inkişaf məktəbi” layihəsi çərçivəsində təlimlərə start verilib.

Publika.Az-ın məlumatına görə, “İrəli” Gənclik Mərkəzində baş tutan təlimlərdə ekspert qismində Hikmət Hüseynov iştirak edib.

İlk təlimdə iştirakçılara “İdarəetmə bacarıqlarının əsasları” mövzusu haqqında geniş məlumat verilib. Daha sonra iştirakçılar tərəfindən səsləndirilən suallara cavab tapılıb. İkinci təlimdəiştirakçılar komandalara bölünərək mövzu ilə əlaqədar tapşırıqlar yerinə yetiriblər.

Qeyd edək ki, 2 ay davam edəcək layihədə özəl sektorda çalışmaq istəyən gənclərin idarəetmə bacarıqlarına yiyələnməsi yönümündə təlimlərin keçirilməsi nəzərdə tutulur. İştirakçılar nəzəriyyə ilə yanaşı, praktiki biliklər də əldə edəcəklər.

Layihə ərzində iştirakçılara “Rəhbərin şəxsi effektivliyi”, “Müasir liderin 7 bacarığı”, “Konfliktlərin idarəetməsi”, “Effektiv kommunikasiya” və s mövzularda proqram tədris olunacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm