29 İYUL
Bizi izləyin

Qırmızı.az

29 İYUL

1957-ci il. Beynəlxalq Atom Enerji Agentliyinin əsası qoyulub. Azərbaycan 2001-ci ildən Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvüdür, onun bütün prinsip və normalarına əməl edir.

1963-cü il. Tu-134 sərnişin təyyarəsinin ilk uçuşu həyata keçirilib. Tu-134 yaxın məsafəli sərnişin təyyarəsidir. Rusiya mülki aviasiyasının tarixinə ən kütləvi təyyarə kimi düşüb. "Tupolev" zavodunda hazırlanan Tu-134 1967-ci ilin sentyabrında istismara verilib.

İyulun 29-u Beynəlxalq Pələnglər Günüdür. Bu əlamətdar gün pələnglərin qorunması məsələləri üzrə 2010-cu il noyabrın 21-dən 24-dək Sankt-Peterburqda 13 dövlətin hökumət başçılarının iştirakı ilə keçirilən beynəlxalq forumda təsis edilib. 2011-ci ildən dünyada qeyd olunan bu günün məqsədi pələnglərin nəslinin kəsilməsinə və mühafizəsi probleminə ictimaiyyətin diqqətini cəlb etmək və əhalini məlumatlandırmaqdır. XX əsrdə pələngın adı “itən növ” kimi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Kitabı”na, Rusiyanın, eləcə də digər ölkələrin mühafizə sənədlərinə daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm