Paytaxtın iki mikrorayonu və bir qəsəbəsi qazsız qaldı
Bizi izləyin

Qırmızı.az

Paytaxtın iki mikrorayonu və bir qəsəbəsi qazsız qaldı

Bu gün paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində təbii qazın verilişi dayandırılıb.

Sakinlərin Publika.az-a verdiyi məlumata görə, təbii qazla bağlı tez-tez belə problemlər yaranır. Bu gün isə heç bir xəbərdarlıq edilmədən qaz verilişi dayandırılıb.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Publika.az-a açıqlamasında bildirib ki, həmin ərazidə təbii qazın verilməsində yaranan problem qəza ilə əlaqədardır: “İri diametrli qaz borusunun üzərində yerləşən qaz xəttində baş verən qəza səbəbindən paytaxtın Binəqədi rayonu, 7-8-ci mikrorayonlarının bir hissəsinə və Biləcəri qəsəbəsinə təbii qazın verilişində problem yaranıb. Hazırda qəza baş vermiş ərazidə təmir aparılır. Təbii qazın verilişinin bu gün bərpa edilməsi planlaşdırılır”.

İ.Kəlbiyev 7-ci mikrorayon ərazisində təbii qazın verilişində tez-tez məhdudiyyətlərin olmasını planlı şəkildə aparılan profilaktik və təmir işləri ilə əlaqədar olduğunu deyib

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm