Beyləqanda avtomobil aşdı, sürücü öldü
Bizi izləyin

Qırmızı.az

Beyləqanda avtomobil aşdı, sürücü öldü

Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 8-də saat 16 radələrində Beyləqan rayonu Əhmədli kəndinin ərazisində Şərq qəsəbə sakini Rəhbər Fərəcov idarə etdiyi "Kia" markalı avtomobili aşırıb. Nəticədə sürücü R.Fərəcov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm