• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Təxribat məlumatlı məhsul Ebay-da satışdan çıxarıldı

Təxribat məlumatlı məhsul Ebay-da satışdan çıxarıldı

Son iki gündə üzərində təxribat xarakterli “Günəşli yatağından xam neft” yazısı olan məhsulun şəkli yayılıb.

Publika.az SOCAR-ın saytına istinadən xəbər verir ki, şəkildə göstərilən məhsulun üzərində Azərbaycan Respublikasının xəritəsi təhrif olunub, eyni zamanda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları barədə yalnış məlumat verilib, yataqdakı resurslar hazırda 9 mrd barel həcmində qiymətləndirildiyi halda 6.4 mlrd. barrel göstərilib.

SOCAR-ın apardığı araşdırmalardan məlum olub ki, həmin şəklin Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri ilə heç bir əlaqəsi yoxdur və Böyük Britaniyada yaşayan özəl bir satıcı bu şəkili özünün Ebay satış məkanında yerləşdirib. Şəkildəki məhsulun satıcısı ilə əlaqə yaradılaraq üzərində yalnış məlumatlar olan məhsulun Ebay səhifəsindən çıxarılması tələb edilib.

Məhsulun üzərində yol verilmiş təhriflərə görə üzr istəyən satıçı SOCAR-ın tələbini dərhal yerinə yetirib. Hazırda “Günəşli yatağından xam neft” məhsulunu Ebay-da əldə etmək mümkün deyil.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR