Təhsil Nazirliyindən qəbul imtahanları barədə AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyindən qəbul imtahanları barədə AÇIQLAMA

Buraxılış imtahanlarında nümayiş etdirilən uğurlar bu ilin qəbul imtahanlarının nəticələrində də öz təsdiqini tapıb.

Dövlət İmtahan Mərkəzinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub. Bütün qruplar üzrə müsbət dinamika müşahidə olunur.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumatda bildirilib ki, qruplar üzrə nəzər salsaq, I qrup üzrə 200-dən çox bal toplayan abituriyentlərin göstəricisi ötən illə müqayisədə 3,7%, II qrup üzrə 5,3%, III qrup üzrə 0,5%, IV qrup üzrə 9,9% yaxşılaşma qeydə alınıb.

“Ümumilikdə, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 34 385 nəfər (43,8%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8%, 2014-ci ildəki göstəricidən 9,1% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib.

Təhsil Nazirliyi ali məktəblərə qəbul imtahanlarında müvafiq keçid balını toplaya bilməyən abituriyentlərə isə ruhdan düşməməyi, zəruri bilik və bacarıqları əldə etmək üçün mövcud imkanları düzgün dəyərləndirməyi tövsiyə edib.

Bu il ilk-peşə ixtisası müəssisələrində qəbul planı üzrə müxtəlif ixtisaslar üzrə 19000- dən artıq yer nəzərdə tutulub. Abituriyentlər ilk-peşə ixtisası təhsilinə yiyələnməklə müvafiq bilik və bacarıqlara sahib ola, bu sahədə təhsillərini uğurla bitirdikdən sonra ölkə iqtisadiyyatına töhfə verə, öz fərdi bizneslərinə başlaya bilərlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm