Qırmızı.az
Gəncədə çaynikdən hazırlanan ev - VİDEO
Düz 31 il əvvəl Gəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev inşa edildi.
Bu evin daxildən görünüşü adi olsa da, xarici görünüşü hər kəsi
heyran qoyur. Onun inşasında minlərlə çaynikdən və digər çini
qablardan istifadə edilib.
Gəncənin kənar məhəllələrindən birində Azərbaycanda analoqu olmayan
ev yerləşir. Çoxlarının belə bir tikilidən xəbəri yoxdur. Onu
fərqli edən divar və fasadının milli ornamentli çayniklər və digər
çini qablarla hörülməsidir. Ona görə də yerli sakinlər bu qeyri-adi
evə elə "çaynikli ev" deyiblər.
Maraqlıdır, bu qədər qab hardan və necə toplanıb? Evin hazırki
sakinlərinin dediklərinə görə, tikilinin keçmiş sahibi 1970-80-ci
illərdə uzun müddət Gəncə Çini Qablar Zavodunda çalışıb. İstehsal
prosesinə yararsız sayılan məhsullardan da səmərəli istifadə edib.
Evin ərsəyə gəlməsində təqribən 5 minə yaxın çaynikdən və çini
qabdan istifadə olunub. 1998-ci ildə həmin şəxs evi sataraq,
buradan köçüb. Hazırda qeyri-adi tikilidə Mərdanovlar ailəsi
yaşayır.
Ev sakini deyir ki, hələ Gəncənin özündə buranı az adam tanıyır.
Yerli sakinləri, həm də xariciləri öz fərqliliyi ilə cəlb edən,
heyrətə salan bu ev, təəssüf ki, hazırda yox olmaq təhlükəsi ilə
üzləşib. Bəzi hörgülər uçmağa başlayıb. Müsahibimiz, nə qədər
çalışsalar da, evi qorumağa güclərinin çatmadığını deyir. Ümid
qalıb aidiyyatı qurumların köməkliyinə. (Region TV)
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub