Qırmızı.az
Abşeronda neftlə çirklənmə baxımından ekoloji vəziyyəti gərgin olan ərazilər açıqlandı
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu apardığı son tədqiqatlar nəticəsində Abşeron yarımadasında Sabunçu rayonunun, xüsusilə Balaxanı və Ramana qəsəbələrinin və Suraxanı rayonunun neftlə ən çox çirklənməyə məruz qalan ərazilər olduğunu müəyyənləşdirib.
İnstitutun Landşafşünaslıq və landşaft
planlaşdırılması şöbəsinin elmi işçisi, coğrafiya elmləri
namizədi Qalib Rüstəmov
Trend-ə bildirib ki,
"Abşeron yarımadasında neftlə çirklənmiş landşaftların
ekogeokimyəvi xüsusiyyətləri və onların yaxşılaşdırılması yolları"
mövzusunda aparılan tədqiqat zamanı Abşeron yarımadasında ən çox
yayılan və yarımadanın landşaftlarına deqradasiyaedici təsir edən,
yəni ərazidəki landşaftların pisləşməsinə səbəb olan
mikroelementlər müəyyənləşdirilib və onların aradan qaldırılması
üçün bəzi tədbirlərin görülməsi təklif edilir.
Q.Rüstəmovun sözlərinə görə, neftlə çirklənmə
nəticəsində Sabunçu rayonu, xüsusilə onun Balaxanı, Ramana
qəsəbələrində və Suraxanı rayonunda landşaftlar, demək olar ki,
tamamilə sıradan çıxıb. Həmin ərazilər neftlə çirklənməyə çox məruz
qaldığından orada torpaqda hətta qırla örtülən sahələr əmələ gəlib:
"Buna görə də həmin ərazilərdə bioloji məhsuldarlıqdan söhbət belə
gedə bilməz. Oralarda nə əkirsənsə, bitmir. Ona görə də həmin
sahələr ekoloji baxımdan tamamilə gərgin ərazilər sayılır. Buradakı
ekoloji gərginliyin aradan qaldırılması üçün tədbirlərin
görülməsinə uzun müddət tələb olunur".
Q.Rüstəmovun bildirdyinə görə, Suraxanı və
Sabunçuda 160 ildən çoxdur ki, neft çıxarılır. Bu amil, eyni
zamanda hazırda da neft hasilatı və emalı müəssisələrinin bu
ərazilərdə cəmlənməsi adıçəkilən rayonların ərazilərinin neftlə
daha çox çirklənməsinə səbəb olub.
Mütəxəssis bildirib ki, Abşeron yarımadasının
sahil boyu əraziləri neft və neft-kimya sənayesinin məhsulları ilə
çirklənməyə nisbətən az məruz qalıb: "Amma ümumiyyətlə, Abşeron
yarımadasında çirklənməmiş ərazi yoxdur. Həmin ərazilərdəki
torpaqların hamısı ya neftlə, ya da neft-kimya və kimya sənayesinin
məhsulları ilə çirklənib".
Q.Rüstəmov deyib ki, landşaftın pisləşməsi onu
deqradasiyaya uğdadır və torpağın bioloji məhsuldarlığı azalır.
Neftin ağırlıq qüvvəsinin təsiri nəticəsində çirklənmə torpağın
dərin qatlarına nüfuz edir və orada bitkilərin kök sisteminin
inkişafına pis təsir göstərir. Bunu aradan qaldırmaqdan ötrü həmin
ərazilər mütləq çirklənmədən təmizlənməlidir. Bunun üçün ərazilər
vakkum nasosu ilə yuyulur və neft sorulur. Neftli hissələr
torpaqdan təmizləndikdən sonra oraya landşaftı yaxşılaşdıran,
müəyyən üzvi qatışıqları olan kütlə səpilir. Daha sonra ərazidə
bioloji rekultivasiya işləri apararaq neft və neft məhsullarına
dözümlü olan bitkilər əkilir. Abşeron yarımadasında çirklənmiş
ərazilərdə sərv ağacı, zeytun, nar ağacı, əncir, pomidor, badımcan,
soğan, kök, biyan, qara yonca, çayırın əkilməsi tövsiyə edilir.
Landşaft yaxşılaşdıqdan sonra ərazidə digər bitkilər də əkmək
olar.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...