Qırmızı.az
Nikaha girən 58 cütlükdə talassemiya aşkarlanıb
2016-cı ilin 1-ci yarımilliyi ərzində Respublika Talassemiya Mərkəzinə müraciətlərin sayı 11802 olub. Onlardan 1630 müraciət ilkin müraciətdir. Dispanser qeydiyyata alınanların sayı 142 nəfərdir.
Publika.az xəbər verir ki, bu barədə Respublika Talassemiya Mərkəzinin hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür.
Mərkəzdə dispanser qeydiyyatında 2729 xəstə var ki, onlarda müvafiq qaydada dövlət hesabına müalicələrini davam etdirir. Eyni zamanda Mərkəzin Hemotoloji şöbəsində cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə alıb və bütün lazımi dərman preparatları ilə təmin olunub.
2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində ötən 6 ay ərzində 10 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra olunub. 2014-cü ildən indiyədək bu xəstəlikdən əziyyət çəkən 35 xəstəyə dövlət vəsaiti hesabına uğurla sümük iliyi transplantasiyası əməliyyatı keçirilib.
Hesabatda vurğulanıb ki, bu ilin 6 ayı ərzində Mərkəzin ümumi laboratoriyasında 10200 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə 102 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb.
“2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb. Aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. İndiyədək 152659 nəfər müayinədən keçib. 7503 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib”.
Bu ilin aprel ayında EBMT-nin Valensiya şəhərində keçirilən növbəti iclasında Respublika Talassemiya Mərkəzi Beynəlxalq Transplantasiya Təşkilatına üzv seçilib.
-
Sosial07:17
Bu gün yağış yağacaq, güclü külək əsəcək - PROQNOZ
-
Magazin206:16
Cennifer Lopezin adı məşhur qalmaqalda HALLANDI
-
MDB04:44
Putin anasının əsas kumirinin adını AÇIQLADI
-
Magazin101:41
Razi yeni doğulan oğlunu göstərdi - VİDEO
-
Sosial01:30
Azərbaycanda kərə yağı YENƏ BAHALAŞDI
-
İdman00:30
Messi 504 milyonluq səhifəsində Azərbaycanla bağlı PAYLAŞIM ETDİ - VİDEO
-
Mistika00:15
Günün ULDUZ FALI - Böyük uğurlar qazana biləcəksiniz
-
İKT12 Dekabr 23:48
İnternetdə "iPhone 17" korpusunun ilk real FOTOSU YAYILDI