Şəhidimiz dəfn olundu - FOTO
Bizi izləyin

Qırmızı.az

Şəhidimiz dəfn olundu - FOTO

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində mina partlaması nəticəsində şəhid olan 19 yaşlı Seyfəddin Kərimov Gəncədəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Teleqraf.com xəbər verir ki, dəfn olunma mərasimində onun xidmət etdiyi hərbi hissənin zabitləri, əsgərləri, qohumları, yaxınları o cümlədən şəhər ictimaiyyəti iştirak edib.

Dəfndən əvvəl hərbi orkestrin müşayətilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Şəhidin ruhuna ehtiram əlaməti olaraq əsgərlər silahdandan yayılıb atəşi açıblar.

Qeyd edək ki, Seyfəddin Kərimova ötən ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış Üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb. O, ötən gün Cocuq-Mərcanlı kəndi ərazisində mina partlaması nəticəsində şəhid olub. Hadisə nəticəsində ordumuzun 3 hərbçisi ölüb, 6 əsgər ağır yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm