Mərkəzi Nəbatat Bağına yeni direktor əvəzi təyin edildi
Bizi izləyin

Qırmızı.az

Mərkəzi Nəbatat Bağına yeni direktor əvəzi təyin edildi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinin icrası Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Validə Əlizadəyə həvalə edilib.

Akademiyadan Publika.az-a verilən məlumata görə, Nəbatat Bağının bundan əvvəlki direktoru Oruc İbadov vəzifəsindən azad edilib.

V.Əlizadə hazırda həm də Botanika İnstitunun direktorudur.

Rəyasət Heyətinin növbəti qərarları ilə AMEA-nın 19 institut və təşkilatının direktorlarının təyinatları təsdiq olunub.

RH-nin digər qərarı ilə AMEA-nın bir sıra alimləri adlı mükafatlara layiq görülüblər. Bildirilib ki, mükafatların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər əldə edən alimləri daha yüksək səviyyəli tədqiqatlara həvəsləndirmək və Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm