Elşad Miridən Şeyxin müavininə SƏRT İTTİHAM: “Sizin üçün...” – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Elşad Miridən Şeyxin müavininə SƏRT İTTİHAM: “Sizin üçün...” – FOTOLAR

Tanınmış ilahiyyatçı alim, “Media Təqib Mərkəzi”nin direktoru Elşad Miri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin ünvanın sərt fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, E.Miri Hacı Fuad Nurullayevi müqəddəs Qurani-Kərim kitabından düzgün istifadə etməməkdə ittiham edib.

Daha sonra E.Miri Hacı Fuad Nurullayevin əlində Qurani-Kərim olan fotosunu sosial şəbəkədəki səhifəsində paylaşaraq, sual verib: “Bu insanlar Quranı hansı məqsədlər üçün istifadə edirlər? Bu adam Hacı titullu Fuad Nurullayevdir. Paşazadənin müavinidir. Mənimlə verilişə çıxmamaq üçün (Lider TV-də) verilişi tərk edib gedən şəxsdir. Bunlar üçün Quranın mahiyyəti budur”.

Hacı Fuad Nurullayev Elşad Miriyə cavab vermək istəmədiyini söyləyib: “Biz Allahın buyurduğu doğru yolla gedirik. Kim nə deyirsə, desin. Hər şeyi uca Allah görür!”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm