Abituriyentlər TQDK-nın səhvini tapdı - TEST TAPŞIRIĞINDA YANLIŞ
Bizi izləyin

Qırmızı.az

Abituriyentlər TQDK-nın səhvini tapdı - TEST TAPŞIRIĞINDA YANLIŞ

Qəbul imtahanlarının nəticələri ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyasına müraciətlər abituriyentlərin xeyrinə həll edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, 23 iyul 2016-cı il tarixində ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında A və C variantlarında coğrafiya fənni üzrə istifadə edilən 75 saylı test tapşırığı açıq tiplidir və uyğunluğun müəyyən edilməsi tələb olunur.

Test tapşırığı elmi-metodiki baxımdan doğrudur və ümumtəhsil məktəblərində istifadədə olan VIII sinif “Coğrafiya” dərsliklərinə əsaslanır. Qəbul imtahanında yüksək bal toplayan və bu tapşırığı cavablandıran 17 abituriyent test tapşırığının həllində IX sinif dərsliyi ilə VIII sinif dərslikləri arasındakı incə bir fərqi də dərindən təhlil edərək, bununla bağlı Apelyasiya Komissiyasına müraciət ediblər. Apelyasiya Komissiyası tərəfindən bu məsələ araşdırılıb və müraciət edənlərin xeyrinə həll edilib.

Qeyd olunduğu kimi test tapşırığı açıq tiplidir və Apelyasiya Komissiyasının qərarı yalnız ona düzgün cavab verən abituriyentlərə şamil olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm