“AzTV”dən İNANILMAZ SƏHVLƏR - VİDEO
Bizi izləyin

Qırmızı.az

“AzTV”dən İNANILMAZ SƏHVLƏR - VİDEO

Televiziya titrlərində mütəmadi olaraq səhvlərə rast gəlirik. Hətta bu səhvlərlə bağlı sosial şəbəkədə xüsusi səhifə də yaradılıb. Həmin səhifəyə nəzərə saldıqda, səhvlərin daha çox dövlət televiziyasında müşahidə edildiyini görürük.

Publika.az xəbər verir ki, dünən Azərbaycan Milli Kino günü ilə bağlı Azərbaycan Dövlət Televiziyasında hazırlanan süjetdə növbəti kobud səhvlərə yol verilib.

Belə ki, süjetdə Azərbaycan kinosunun əsasını Anton Mişonun qoyduğu deyilir. Halbuki kinonun əsasını fotoqraf və nasir Aleksandr Mişon qoyub. Kinomuzun yaranma tarixi də səhv verilib və 1898-ci il əvəzinə, 1998-ci il deyilib. (https://www.youtube.com/ watch?v=YhbkLVk38JM&feature= youtu.be)

Növbəti səhv Azərbaycan Televiziyası Nəzdində yaradılan “Mədəniyyət” kanalında gedib. Bu dəfə səhv iyulun 31-də aktrisa Nəcibə Məlikova haqqında hazırlanan süjetdədir. Süjetdə aktrisanın çəkildiyi filmlərin adı sadalanır. Söhbət gəlib "Arşın mal alan" filminə çatanda isə aktrisanın iştirak etdiyi və 1965-ci ildə çəkilən film əvəzinə, 1945-ci ildə çəkilən filmdən kadrlar göstərilir. Beləliklə, biz Cahan xala rolunda Nəcibə Məlikovanı yox, Münəvvər Kələntərlini görürük (https://www.youtube.com/ watch?v=fJgOSPPSXrs&feature= youtu.be).

Həmin telekanalda növbəti səhv titrlə bağlıdır. Bəstəkar, pianoçu Ceyhun Allahverdiyevin adı “Ceyhun Allhaverdiyev” kimi yazılıb.

Qeyd edək ki, bu, telekanlada ilk səhv deyil. Səhvlərlə bağlı daha ətraflı təqdim etdiyimiz linklərdə tanış ola bilərsiniz (http://publika.az/p/144329, http://publika.az/p/141119, http://publika.az/p/139242).

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm